Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstəriləcək

img

05-12-2019 [12:52]


"Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır”.

"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması ilə bağlı qanun layihəsi hazırlanaraq Milli Məclisdə qəbul olunub.

"Hazırda soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparılır", - F.Muradov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR