Gələn ilin yanvarında doktorantlar üçün ingilis dilindən imtahan keçirilə bilər

img

05-12-2019 [12:45]


"Doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur".

Bunu jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.

M.Abbaszadənin sözlərinə görə, I mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu ödənişli olacaq".

O qeyd edib ki, qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR