Zakir Qaralov Sumqayıta gedir - Vətəndaşlar qəbul ediləcək

img

05-12-2019 [10:09]


Baş prokuror Zakir Qaralov cari il dekabrın 13-də saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR