PREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildi

img

04-12-2019 [15:15]


Bu gün Prezident İlham Əliyev bir sıra icra başçılarını işdən azad edib, yeni təyinatlar haqda sərəncamlar imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R.Xəlilov Sabirabadın deputatı idi.

İlham Əliyevin digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR