Bakıda avtomobil qaçıran 4 nəfər tutuldu

img

04-12-2019 [14:27]


Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, DİN-in "102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən "Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. 

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.

Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR