03-12-2019 [18:07]
Azərbaycan Xarici İşlər Nazirliyi Xarici İşlər naziri Elmar Məmmədyarovla Bakıya rəsmi səfər edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında keçirilən görüşlə bağlı məlumat yayıb.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, təkbətək formatda başlanan fikir mübadiləsi sonra daha geniş tərkibdə davam etdirilib. Nümayəndə heyətləri çərçivəsində, həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov təmsil olunublar.
Nazirlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər. Mütəmadi xarakter daşıyan Dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif çoxtərəfli zirvə toplantıları çərçivəsində təmasları iki ölkə arasında təşəkkül tapmış intensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edilib.
Həmçinin cari ilin 20-25 noyabr tarixlərində həyata keçirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərin əhəmiyyəti vurğulanıb. Səfərin nəticələrinə dair ikitərəfli əməkdaşlıq çərçivəsində yeni prioritet istiqamətin – innovasiya və yüksək texnologiyalar – müəyyən edilməsi, həmçinin iki ölkə arasında gənclərarası forumların ənənəyə çevrilməsi kimi vacib qərarların qəbul edilməsi Azərbaycan-Rusiya əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından önəmli olduğu bildirilib.
Bu xüsusda, S.Lavrov ölkəmizə etdiyi hazırkı səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə qeyd edərək, həmin qəbul zamanı olduqca məzmunlu və məhsuldar fikir mübadiləsinin aparıldığını məmnuniyyətlə söyləyib.
Rusiya naziri BMT, ATƏT, MDB və ölkələrimizin tərəfdaşlıq etdiyi digər ənənəvi formatlar çərşivəsində qarşılıqlı dəstəyin göstərilməsinə sadiq olduğunu təqdirəlayiq hal kimi qeyd etdi. Eyni zamanda, S.Lavrov ölkəmizi Qoşulmama Hərəkatında sədrliyə başlaması münasibətilə təbrik edib, Azərbaycanın sədrliyi dövründə RF ilə QH arasında əlaqələrin daha da inkişaf edəcəyinə dair ümid ifadə etdi.
Nazir E.Məmmədyarov öz tərəfindən Rusiya ilə ayrı-ayrı sahələr, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini bildirdi. İqtisadi əlaqələr üzərində dayanaraq, o, qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə seçildiyini xüsusilə vurğuladı. Bu baxımdan, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün tezliklə istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlararası təmaslara yeni təkan verəcəyi qeyd olundu.
Nazirlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq iqliminin təmin edilməsi və təsərrüfat fəaliyyətinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söylədi. Bu baxımdan, Xəzəryanı ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi üzrə mövcud perspektivlər müzakirə edildi.
Tərəflər Azərbaycanla Rusiya arasında müxtəlif formatlarda, o cümlədən parlamentlərarası təmaslar, habelə müvafiq Nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söyləyiblər.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində substantiv danışıqların aparılmasının vacibliyini vurğulayaraq, Rusiya Federasiyası da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səylərinin real nəticə gətirəcəyinə dair ümid ifadə edib.
S.Lavrov ölkəsinin münaqişənin dinc yolla nizama salınması üzrə vasitəşilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.
Görüşün yekunlarına dair Nazirlər Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmələr planını imzaladılar. Eyni zamanda, Rusiya XİN başçısı Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan xatirə kitabına ürək sözlərini yazıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb