Balakəndə meşədən asılmış qadın meyiti tapılıb

img

03-12-2019 [16:44]


Balakəndə meşədən meyit tapılıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun "Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR