Xəstəxanadan Rafael Dadaşovun səhhəti ilə bağlı rəsmi məlumat yayıldı

img

03-12-2019 [16:12]


Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya şöbəsində müalicəsi davam edən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti qaydasındadır.

Xəstəxanadan "Report”a verilən məlumata görə, aktyor danışa bilir və hər şey qaydasındadır.

Qeyd olunub ki, aktyor xəstəxanaya ötən gün ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və Ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu gətirilib.

Hazırda müalicəsi davam edir və müvafiq müalicə tətbiq edilir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir: "Rafael Dadaşov hələ 2009-cu ildə xəstəxanada ürək əməliyyatı olunub. 5-6 il sonra isə Ağciyərlərin xroniki abstruktiv xəstəliyi ilə müalicə olunub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR