Gürcüstan parlamentinin komitə sədri istefa verib

img

02-12-2019 [16:28]


Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze istefa verib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü jurnalistlərə açıqlama verib.

A.Zoidze siyasətdən də getdiyini deyib.

Qeyd edək ki, A.Zoidze Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsini təklif edib. Parlament üzvünün bu təklifi hakim Gürcü Arzusu Partiyasında dəstəklənməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR