Nəsiminin icra başçısı noyabr ayında 700 sakini qəbul edib

img

27-11-2019 [15:56]


Nəsimi rayon İcra Hakimiyyətinin baçşısı Asif Əsgərov noyabr ayı ərzində 6 səyyar qəbul keçirib.

Bu barədə Mia.az-a rayon İH-dən verilən məlumata görə,  700-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilib.

 Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR