İmişlidə maşın piyadanı vuraraq öldürüb

img

29-11-2019 [15:37]


İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az DİN-ə istinadla bildirir ki, noyabrın 29-da saat 1 radələrində İmişli şəhərinin ərazisində Beyləqan rayon sakini Cəfər Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rövşən İsgəndərovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR