Sabiq baş prokuror axtarışa verildi

img

28-11-2019 [17:20]


Ermənistanın sabiq baş prokuroru, parlamentinin keçmiş deputatı Gevork Kostanyan barəsində axtarış elan edilib.

Bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.

Onun sözlərinə görə, G.Kostanyan barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Keçmiş baş prokuror 2008-ci il martın 1-də Yerevanda baş vermiş etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, 48 saat müddətində istintaq orqanında olmaq təklifinə əməl etməyib.

Qeyd edək ki, G.Kostanyan 2006-cı ililin iyulundan 2008-ci ilin iyulunadək Ermənistan ədliyyə nazirinin müavini, 2013-cü il oktyabrın 1-dən 2016-cı il avqustun 4-dək Ermənistanın baş prokuroru olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR