Oğuz rayon sakini narkotik vasitə ilə saxlanılıb

img

28-11-2019 [10:24]


Oğuz rayon sakini narkotik vasitə ilə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirov saxlanılıb. 

Axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi "VAZ-2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR