ATƏT PA-nın prezidenti və Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

img

27-11-2019 [18:13]


ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Məlumata görə, görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki xüsusi rolu barədə müzakirələr aparılıb.

Tərəflər həmçinin regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Gürcüstan və Ermənistan arasındakı qarşılıqlı əlaqələr də müzakirə mövzularından olub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR