Avropa Komissiyasının yeni sədri təsdiqlənib

img

27-11-2019 [16:24]


Avropa Parlamentinin (AP) deputatları Avropa Komissiyasının (AK) Ursula fon der Lyayenin rəhbərliyi altındakı yeni tərkibini təsdiqləyib.

TASS xəbər verir ki, səsvermə Strasburqdakı plenar sessiyada baş tutub.

461 deputat təklif olunan komissarların lehinə, 157 nəfər isə əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb.

Beləliklə, yeni Avropa Komissiyası əvvəlcədən təyin edilmiş müddətdən bir ay sonra, dekabrın 1-də vəzifələrinin icrasına başlaya biləcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR