OPEC+ razılaşmasının müddəti daha 3-6 ay uzadıla bilər

img

26-11-2019 [19:05]


Gələn il martın sonunda müddəti başa çatacaq, neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasının müddəti daha 3-6 ay artırıla bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) daxilində aparılan müzakirələrin iştirakçılarından biri bildirib. 

Onun sözlərinə görə, həm OPEC-ə üzv olan, həm də olmayan neft istehsalçıları, o cümlədən Rusiya müddətin artırılmasının tərəfdarıdır. Bununla belə, Rusiyanın Energetika Nazirliyindən bununla bağlı şərh verilməyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR