"Araz" marketin iki işçisi bıçaqlandı

img

21-11-2019 [23:52]


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketə oğru girib. Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq