Yeni Ombudsman Siyavuş Novruzovun xanımı olacaq? - İddialar yayıldı + FOTO

21-11-2019 [20:21]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev parlamentə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 yeni namizəd irəli sürüb.

Mia.az xəbər verir ki, həmin namizədlər Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. 

Bəs, görəsən sabah Milli Məclisin İnsan hüquqları komitəsində namizədlərlə bağlı müzakirələrdən sonra, plenar iclasa çıxarılacaq namizədlərin hansı Ombudsman təyin olunacaq?

Məlumat üçün qeyd edək ki, artıq sosial şəbəkədə yeni Ombudsmanın Əliyeva Səbinə Yaşar qızı olacağı haqda iddia yayılır.

Xatırladaq ki, S.Əliyeva YAP-ın İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, sabiq vitse-spiker və səfir Yaşar Əliyevin qızıdır.

Məhz bu faktorlara əsaslananlar onun yeni Ombudsman olacağını iddia edirlər.

Bizə isə bu iddianın nə dərəcə doğru olduğunu gözləmək qalır...

Mia.az

Yeni Ombudsman Səbinə Əliyeva olacaq!


SON XƏBƏRLƏR