Baldızı qızı, qardaşı oğlunu mətbuat xidmətlərinə yerləşdirən nazir və komitə sədrləri... - Jurnalistdən etiraz

img

21-11-2019 [19:38]


"5-6 il əvvələ kimi nazirlər, komitə sədrləri mətbuat xidmətlərinə, oradakı ştatlara qohum-əqrabanı yerləşdirmək üçün fürsət kimi baxırdılar”. 

Mia.az xəbər verir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 

Tanınmış jurnalist bildirib ki, mətbuat xidmətinin rəhbəri olmaq nazirlərin baldızı qızlarının, qardaşı oğlanlarının boyuna biçilmişdi: 

"Səlahiyyətli şəxslər bu posta ikinci dərəcəli vəzifə kimi baxırdılar. Bu diletant yanaşma tədricən onların əleyhinə işləməyə başladı. Mətbuatdan xəbəri olmayan, qəzetlə saytın fərqini ayırd edə bilməyən həmin adamlar işlədikləri nazirlikləri, komitələri nüfuzdan saldılar. Onlar təmsil etdikləri quruma, onun rəhbərinə qarşı yönəlmiş ittihamları cavabsız buraxmaqla "dayılarının” işini xeyli çətinləşdirdilər. Yalnız bundan sonra həmin məmurlar peşəkarlarla işləməyi qərara aldılar”. 

S.Verdizadənin sözlərinə görə, son zamanlar bu sahədə müşahidə olunan müsbət tendensiya aparılan siyasətin nəticəsidir: 

"Dövlət qurumlarının mətbuat xidmətlərinə rəhbərlik edənlər arasında son vaxtlar peşəkarların sayı xeyli artıb. Sosial şəbəkələrin əhəmiyyətini, təsir gücünü həmin peşəkarlar daha yaxşı dərk edirlər. Sosial şəbəkələr pulsuz təbliğat tribunalarıdır. Bu imkandan yararlanmaq lazımdır. 

Mətbuata açıq olmaq, cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirmək dövlət qurumlarının əsas vəzifəsidir. Bu vəzifəni yerinə yetirərkən heç kim bizə minnət qoymamalıdır. Rəhbər şəxslər mətbuat katiblərini seçərkən düzgün seçim etməlidirlər. Çünki bacarıqsız mətbuat katibi təkcə özünü deyil, həm də işlədiyi dövlət qurumunu biabır edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq