Elmira Süleymanovanın istefası təsdiqləndi - Ombudsman vəzifəsinə 3 hakimin namizədliyi var + Adlar

img

21-11-2019 [17:41]


Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.

Mia.az xəbər verir ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. 

MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək. 

Siyahıdan görünür ki, hazırkı Ombudsman Elmira Süleymanovanın namizədliyi irəli sürülməyib.

Qeyd edək ki, o, bir müddət əvvəl istefası ilə bağlı Prezidentə müraciət etdiyini açıqlasa da, sonradan bu xəbəri təkzib etmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq