21-11-2019 [20:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Düşünürəm ki, ölkələrimizi bir-birinə bağlayan məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Mən şadam ki, münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, yüksək səviyyədə qarşılıqlı səfərlər bizim əlaqələrimizi möhkəmləndirir. Mən bir neçə dəfə, o cümlədən rəsmi səfərlə sizin ölkənizdə olmuşam. Bolqarıstan prezidentləri dəfələrlə Azərbaycana səfər ediblər. Həmçinin Baş Nazir cənab Borisov da bizim qonağımız olub. Beləliklə, ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur.
Əlbəttə ki, biz energetika sahəsində də əməkdaşlıq edirik. Bolqarıstan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının işində həmişə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Əminəm ki, ölkələrimizi birləşdirən bu layihə yaxın vaxtda uğurla başa çatdırılacaq. Beləliklə, uzun illər ərzində biz energetika gündəmi ilə bağlı olacağıq. Lakin, həmçinin əmtəə dövriyyəsinin də artırılmasını nəzərdə tuturuq. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra ölkələrimizin biznes qurumları bir-biri ilə daha çox əlaqə saxlayacaq və daha sıx əməkdaşlıq edəcəklər.
Gələcək əməkdaşlığın daha bir istiqaməti nəqliyyat sahəsidir. Azərbaycan artıq qonşu ölkələrə və digər dövlətlərə yüklərin Şərq-Qərb marşrutu ilə daşınması üçün tranzit xidmətləri göstərir. Beləliklə, əminəm ki, bu mühüm dəhlizin genişləndirilməsi ilə ölkələrimizdən yük göndərənlər əməkdaşlıq üçün əlavə imkanlar əldə edəcəklər.
Əlbəttə, siz səfər çərçivəsində həm Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq mövzusuna, həm də ictimai asayişin, təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunacaqsınız. Təcrübə mübadiləsi də böyük əhəmiyyət kəsb edir. Daxili işlər orqanları ictimai asayişin qorunması, vətəndaşların dinc yaşayışının təmin edilməsi üzrə mühüm vəzifəni yerinə yetirirlər. Lakin qeyd etməliyəm ki, artıq uzun illər ərzində həm Bolqarıstanda, həm də Azərbaycanda ictimai-siyasi sabitliyin olduğunu nəzərə alaraq, polis orqanlarının işi sizin bəzi həmkarlarınızın işindən daha azdır. Biz bir sıra inkişaf etmiş ölkələrin polis orqanlarının demək olar ki, hər gün nümayişçilərlə necə davrandığını, onları döydüklərini, öldürdüklərini, xəsarət yetirdiklərini, qaz, su, dəyənəklə, itlərlə qovduqlarını və çox böyük qəddarlıq nümayiş etdirdiklərini televiziyada görürük. Həm də biz bu cür halları dünyanın müxtəlif ölkələrində, müxtəlif regionlarında, o cümlədən ən inkişaf etmiş ölkələrdə görürük. Lakin Azərbaycanda bizi bir məsələ həmişə maraqlandırır, nə üçün insanların hüquqlarının təmininə cavabdeh olan beynəlxalq təşkilatlar bəzən dinc nümayişçilərin qəddarcasına, qeyri-insani dağıdılmasını görərkən susurlar?
Azərbaycanda hansısa kiçik epizod baş verdikdə isə, məsələn, təxminən bir ay əvvəl qanunsuz aksiyanın qarşısının heç bir güc tətbiq etmədən alınmasından sonra beynəlxalq təşkilatlar, bəzi ölkələrin Azərbaycandakı səfirləri bəyanatlar verməyə başlayıblar və az qala hökumətimizi ittiham etməyə cəhd ediblər. Bu hal Avropada həm də qurbanlarla, qətllərlə, xəsarətlərlə, nümayişlərin dağıdılması ilə baş verdikdə isə hüquq müdafiə təşkilatları və beynəlxalq strukturlar susurlar. Bu, ikili standartların təzahürüdür və bu ikili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır. Kimisə hər hansı məsələdə ittiham etmək üçün, ilk növbədə, buna mənəvi haqqın olmalıdır. Bizi isə bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər.
Lakin bir daha demək istəyirəm ki, istər Bolqarıstanda, istərsə də Azərbaycanda ictimai-siyasi sabitlik və asayiş xalqın iradəsi ilə təmin olunur. Sizin ölkəniz mənim dostum cənab Borisovun rəhbərliyi ilə inkişaf və sabitlik yolu ilə irəliləyir. Biz bunu yüksək qiymətləndirir və sizi bütün bu uğurlar münasibətilə təbrik edirik.
Beləliklə, mən bizim daxili işlər orqanlarının işinin o qədər də çox olmadığını dedikdə məhz bunu nəzərdə tuturam. Arzu edirəm ki, həmişə sizin işiniz az olsun.
Bir daha xoş gəlmisiniz.
Daxili İşlər naziri Mladen Marinov deyib:
- Hörmətli cənab Prezident, çox sağ olun. Sizin məni qəbul etməyiniz mənim üçün böyük şərəfdir. İcazə verin, Sizi cənab Baş Nazir Boyko Borisovun adından salamlayım.
Azərbaycan bizim həm energetika sahəsində, həm də gələcək nəqliyyat dəhlizlərinin inkişafında, iqtisadi əlaqələr üzrə və təhlükəsizlik sahəsində strateji tərəfdaşımızdır. Cənub Qaz Dəhlizinin tikintisinin vaxtında başa çatdırılmasına nail olmaq və beləliklə, bir milyard kubmetr qaz tədarükünü təmin etmək bizim üçün çox vacibdir.
Prezident İlham Əliyev Bolqarıstanın Baş Naziri Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirib, onun salamlarını Bolqarıstanın Baş Nazirinə çatdırmağı xahiş edib.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb