YAP Naxçıvan təşkilatı toplandı: İH və Siyasi Şuranın yeni tərkibi seçildi - SİYAHI

img

20-11-2019 [23:35]


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında "Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.

Mia.az xəbər verir ki, iclasda V. Talıbov çıxış edərək YAP-ın yaranması tarixindən danışıb. 

O, noyabrın 21-də partiyanın yaranmasının 27-ci ildönümünün tamam olduğunu bildirib, bu münasibətlə partiyanın muxtar respublika təşkilatının üzvlərini, təəssübkeşlərini və bütün muxtar respublika əhalisini təbrik edib.

Sonra YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunub, Siyasi Şuranın və İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib.

Siyasi Şuraya yeni seçilən üzvlər - Rəhman Məmmədov, Elbrus İsayev, Cəbi Quliyev, Ülvi Hüseynli, İsmayıl Qəribli, Mirsənani Seyidov, Nicat Babayev və Natəvan Qədimova göstərilən yüksək etimada görə minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarını bildiriblər.

"Bizim vəzifəmiz partiya işini düzgün təşkil etməklə Ulu Öndərin müəyyənləşdirdiyi vəzifələrin reallaşdırılmasına nail olmaqdan ibarətdir. Partiyamızı və ölkəmizi Ümummilli Liderin yolu ilə aparan ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır! Azərbaycanın gələcəyi Heydər Əliyevlə və onun siyasəti ilə bağlıdır”, - deyə Vasif Talıbov iclasa yekun vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq