"Yaşlı qadın öz həyat yoldaşına cavan qız alıb" - Azərbaycandakı bu şok fakta ekspert rəyi

img

20-11-2019 [18:55]


Xəbər verdiyimiz kimi, televiziya məkanında daha bir qəribə hadisə yaşanıb. Yaşlı qadın öz həyat yoldaşına cavan qız aldığını deyib.

Hadisənin üstü "Zaurla Günaydın" proqramında açılıb.

 Qadının bu addımı aparıcıları və digər qonaqları şoka salıb.

 Belə ki, efirdə "Talış nənələri” qrupunun ifaçılarından olan Həlimə adlı qadın həyat yoldaşını cavan qızla evləndirdiyini deyib.

Azərbaycanda qanunda olmayan, əslində bəzilərinin həyat tərzinə çevrilən  çoxarvadlılıq məsələsi az deyil. Bəzən inkar olunsa da, bu məsələ cəmiyyətimizdə baş verən hadisələrdən biridir. 

Məsələ ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə ilə əlaqə saxladıq. 

Jurnalist "Yeni Sabah”a açıqlamasında  belə halların öıkəmizdə tez-tez baş vermədiyini bildirib:

"Belə hadisələr nadir hallarda baş verir. Hesab etmirəm ki, Azərbaycanda yaşlı qadınlar öz həyat yoldaşlarının gənc xanımlarla evlənməsində maraqlıdırlar. Azərbaycan qadını xəyanəti bağışlamır. O, həyat yoldaşını başqasıyla bölüşməyə heç vaxt razı olmaz. Belə hallar 40 ildə bir dəfə baş verir. Yəni, kişilər çox ümidlənməsinlər. Belə bir cəhd onların hətta izdivacda olduqları qadını da itirməsiylə nəticələnə bilər. Bu, həm də əxlaq məsələsidir. Özünə hörmət edən kişi həyat yoldaşının üstünə günü gətirməz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR