“Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər" - Komitə sədri

img

20-11-2019 [18:18]


"Heç bir deputat məndən inciməyib. Biz ildə uzağı bir işə baxa bilərik”.

Bu sözləri Milli Məclisin İntizam Komitəsinin sədri Ağacan Abıyev Oxu.az-a müsahibəsində deyib.

O, "Üzrsüz səbəblərdən parlamentin iclaslarına gəlməyən deputatların məsələsinə Komissiyada baxanda heç həmin millət vəkilləri sizdən inciyirlərmi?” sualına belə cavab verib:

"Bəzən jurnalistlər deyir ki, hansısa deputat iclasa gəlməyib. Başa düşmək lazımdır ki, bəzi deputatlar həm də ictimai qurumlarda işləyirlər. Bəziləri də beynəlxalq təşkilatların iclaslarında olurlar”.

"Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər. Buna görə də, onların fikirləri düzgün anlaşılmır. Məsələni həmin fikirləri səsləndirən deputatların özündən soruşmaq lazımdır”, - deyə A. Abıyev bəzi deputatların mətbuatda kobud ifadələr, təhqiramiz fikirlər səsləndirməsi ilə bağlı danışarkən bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR