Nazirlik sayta qarşı 400 minlik iddia və bağlanma tələbi qaldırdı

19-11-2019 [21:55]

İspaniyanın Mədəniyyət, Təhsil və İdman Nazirliyi exvagos.com, exvagos1.com və exvagos2.com saytlarının sahibi Aleks Cayla qarşı inzibati hüquqpozma maddəsi ilə mülki iş qaldırmağa qərar verib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, ona qarşı tətbiq edilən sanksiya xarakterli inzibati prosedur əqli mülkiyyət hüquqlarının pozulması, piratlıq və müəllif hüquqlarının pozulması maddələrini ehtiva edir.  Bu 400 min avro məbləğində cərimə, habelə saytların fəaliyyətinin dərhal dayandırılmasını nəzərdə tutur.

Aleks Caylın internet saytları istifadəçilərə qanunsuz olaraq çox böyük həcmli kontent təklif edirlər. Hazırda bu kontentə 760 mindən çox material – 194 min elektron kitab, 180 min film, 92 min musiqi əsəri, 30 min videooyun daxildir. İnternet saytlarının üç milyon qeydiyyatdan keçmiş istifadəçisi var. Bu saytların özünəməxsusluğu ondan ibarətdir ki, onlar pirat materialların identifikasiyası üzrə avtomatlaşmış sistemin fəaliyyətinin qarşısını alaraq öz kontentini gizlədə bilir və bunun üçün xüsusi idarəetmə vasitələrindən istifadə edirdilər. Saytlarda "YouTube” şəbəkəsindən yerləşdirilən videoları aşkar etmək çox çətin olub və bir çox hallarda onların sahibi əsl məqsədini gizlədə bilib.

Qeyd olunur ki, exvagos.com saytının sahibi ölkənin Mədəniyyət, Təhsil və İdman Nazirliyinin tələbləri qarşısında məsuliyyətdən yayınmaq bacarığı ilə öyünürmüş.



SON XƏBƏRLƏR