"Ayıb olsun, bu qədər yox da” - Elçin Əlibəyli və həyat yoldaşından qəzəbli açıqlamalar

19-11-2019 [17:42]
"Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar".

Mia.az xəbər verir ki, bu sözləri aparıcı Elçin Əlibəyli səxsi "Facebook" hesabında yazıb. O, barəsində yazılan xəbərlərin heç bir doğruluq payı olmadığını bildirib:

"Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!"

E. Əlibəylinin xanımı Dilrubə Faqifzadə də sosial şəbəkədə məsələ ilə bağlı fikrini yazıb:

Qaralama kampaniyası qurulur. Burda tək narahat olduğum ovladımızdır. Bu xəbəri yayan hər bir sayt məhkəmədə balama görə cavab verəcəklər. Ayıb olsun da, bu qədər də yox da”.

Xatırladaq ki, aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülmə xəbərini Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla yayıb.

Sayt iddia edib ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

İddiaya görə, xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR