Azərbaycanda Məhkəmə Ekspertlərinin Reyestri yaradılır

img

19-11-2019 [14:08]


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişiklik edilib.

Qanuna yeni 11-3-cü maddə ( Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilib.

Belə ki, yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.

Eyni zamanda, qanuna yeni 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə olunub.

Yeni maddəyə görə, attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR