Deputat naziri "vurdu": "Bunlar Prezidentin təyin etdiyi hakimi vəzifədən necə uzaqlaşdırır?"

19-11-2019 [13:59]

"Məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır”. 

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: "Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakiimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Millət vəkili qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: "Əgər hakimin evi yoxdusa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Millət vəkili özəl ekspertizaların cinayət işlərində tətbiq olunmamasını da düzgün saymayıb/APA.

Xatırladaq ki, Məhkəmə-Hüquq Şurasının sədri Ədliyyə naziri Fikrət Məmmədovdur.

Mia.az




SON XƏBƏRLƏR