"Saakaşvili ilə bağlı istintaq dayandırılsın" - Gürcülər imza toplayır

19-11-2019 [13:10]

Tbilisidə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı aparılan məhkəmə istintaqının dayandırılması tələbi ilə petisiya hazırlanıb.

"Report”un yerli bürosu xəbər verir ki, imzaların toplanılmasına Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli prospektində start verilib.

Artıq bir neçə vətəndaş sənədə imza atıb.

Petisiya müəlliflərinin sözlərinə görə, imzalar bütün ölkə boyu toplanacaq.



SON XƏBƏRLƏR