19-11-2019 [12:32]
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının verilməsində sosial sığorta prinsipinin gücləndirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanıb".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.
Onun sözlərinə görə, həmin qanunvericilik layihəsinin qəbul edilməsi ilə paralel olaraq sosial müavinətlər haqqında qanunlara dəyişiklik ediləcək: "Eyni zamanda Azərbaycan Prezidentinin adından təsis edilib ödənilən təqaüd təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmin layihələrin həyata keçirilməsi ilə yenə də müavinət və təqaüdlərin, əmək pensiyalarının hesablanmasında yeni yanaşmalar nəzərə alınmaqla əmək pensiyalarının ümumi məbləğinin artırılması nəzərdə tutulub. Hazırda layihələr müzakirə olunur və aidiyyəti üzrə baxılıb rəy və təkliflərin bildirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilib. Bundan başqa ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır".
B. Hüseynov vurğulayıb ki, yeni təqdim edilmiş təkliflərə əsasən, sosial yardımların verilməsində daha rahat müraciətlərin təmin edilməsi nəzərdə tutulur, yəni bunun üçün heç bir sənəd tələb edilməyəcək: "Bu, sosial yardımların orta məbləğinin artırılmasına, eyni zamanda sosial yardım alan ailələrin əhatə dairəsinin genişləndirilməsinə ünvanlanan bir layihədir. Qeyd olunan layihələrin növbəti il ərzində mərhələli şəkildə hökumət tərəfindən qəbul olunması planlaşdırılır".
B. Hüseynov bildirib ki, bu ilin sentyabrında pensiyaların minimum məbləği 200 manata çatdırılıb. Bu da alıcılıq qabiliyyəti göstəricisinə görə MDB-də ən yüksək göstəricilərdən biridir. Növbəti ilin əvvəlində mövcud qanunvericiliyə əsasən, pensiyaların sığorta hissəsinin indeksasiyası nəzərdə tutulub. Həmin indeksasiya 2019-cu il ərzində orta aylıq əmək haqqının artım tempi ilə bağlı olan rəqəmə əsasən aparılacaq: "Bu il minimum əmək haqqlarının artırılması orta aylıq əmək haqqının böyük faizlə artımına səbəb olub. Buna əsasən demək olar ki, indeksasiya faizi böyük olacaq. Ancaq indeksasiya Dövlət Statistika Komitəsi tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra adətən yanvarın sonu, fevral ayının əvvəlində aparılır. Qanunvericiliyə dəyişiklik özündə pensiyaların artımını ehtiva edir. Bu, ayrıca bir layihə çərçivəsində baxılıb və qəbul ediləcəyi halda yenə də pensiyaların məbləğində artımlar nəzərdə tutulacaq. Artımlar əsasən pensiyanın minimum məbləğlərinə şamil olunacaq. Bu da bir çox göstəricilərdən asılı olaraq təhlillər nəticəsində müəyyən olunur”.
APA
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub