Komitə sədrindən ilginc addım: rayona helikopterlə getdi, icra başçısı qarşıladı

img

19-11-2019 [12:01]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.

H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb. 

Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək/Unikal.org.

Digər xəbərlər
SON XƏBƏRLƏR