Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

img

19-11-2019 [11:37]


Noyabrın 19-da "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verib.

Dövlət başçısı Pirşağı stansiyasından qatarla "Zabrat-2” stansiyasına yola düşüb.

Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.

Prezident İlham Əliyev "Zabrat-2” stansiyasına gəlib. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.

Sonra dövlət başçısı "Zabrat-2” stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada "Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verilib.

Dövlət başçısı burada bir qrup dəmiryolçu ilə görüşüb, son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Sonra dövlət başçısı metronun "28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb, onlarla söhbət edib.

Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR