Tbilisidə xüsusi təyinatlılar aksiyanı dağıtdı - Tutulanlar var

img

18-11-2019 [17:49]


Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin ətrafını etirazçılardan təmizləməyə başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, xüsusi təyinatlılar etirazçıların canlı səddini yarıb.

Ərazidə xüsusi təyinatlı nəqliyyat vasitələri də yerləşdirilib. 

Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçının saxlanıldığı bildirilir. 

Bundan əlavə, xüsusi təyinatlılar parlamentin qarşısında aksiyaçıların qurduqları çadırları ərazidən götürüblər. Aksiyanın dağıdılması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Artıq parlament binasının arxa hissəsi etirazçılardan təmizlənib.

Polis parlament ətrafında qalan aksiyaçılara ərazini tərk etməklə bağlı yenidən xəbərdarlıq edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR