SEPAH aksiytaçıları hədələdi: "Qətiyyətli addımlar atılacaq"

img

18-11-2019 [17:31]


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədəki qeyri-sabitliyin davam edəcəyi təqdirdə, qətiyyətli addımlar atacağını söz verib.

TASS xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətinin rəsmi açıqlamasında deyilir.

"Hər hansı bir təhlükəsizlik təhdidi və sabitliyi pozacaq hərəkətlər davam edərsə, qətiyyətli cavab veriləcək", - bəyanatda deyilir.

SEPAH-dan bildiriblər ki, milli təhlükəsizliyə və dövlət daxilində vəziyyətin gərginləşməsinə təhdid olduğu halda, daxili işlərə müdaxilə etmək hüququna sahibdirlər.

Daha əvvəl rəsmi Tehran iğtişaşlar zamanı insanların öldüyünü etiraf edib.

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiymətinin iki dəfə - 15 min rialdan (0,09 dollar) 30 min riala (təxminən, 0,2 dollar) artırılması barədə hökumətin qərarı qüvvəyə minib.

Noyabrın 16-da İranın bir sıra şəhərlərində benzinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib. Yerli KİV-in məlumatına görə, onların bəziləri dinc xarakter daşıyıb, bəziləri isə iğtişaşlara səbəb olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR