Daxili İşlər Nazirliyi Bakıdakı 4 nəfərin ölümü ilə bağlı baş verən qəza haqda açıqlama yaydı

img

18-11-2019 [14:47]


Daxili İşlər Nazirliyi Bakıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xitmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri "VAZ-2105” və "BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR