Cəlilabadda müəllim kirayə qaldığı evdə ölü tapıldı

img

18-11-2019 [12:14]


Cəlilabad rayonunda kirayə yaşadığı evdən meyiti tapılan gənc müəllimin səbəbi məlum olub. 

"Report"un Muğan bürosunun məlumatına görə, Yardımlı rayon sakini, 1983-cü il təvəllüdlü Zəfər Şirzad oğlu Miriyevin ilkin ölüm səbəbinin pnevmoniya olduğu bildirilir. 

Qeyd edək ki, rayonun Maşlıq kənd orta məktəbində riyaziyyat müəllimi işləyən Z.Mİriyevin kirayə qaldığı evdə meyidi aşkar edilib. 

Məlumata görə, mərhumun atası oğluna dəfələrlə zəng etsədə, telefona cavab verməyib. Daha sonra atası ev sahibinə zəng vurub. Ev sahibi də müəllimi ölü vəziyyətdə aşkar edərək, müvafiq orqanlara məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR