Zamirə Ədilovaya yeni vəzifə verildi - Ali məktəbdə + FOTO

18-11-2019 [12:09]

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub. 

BANM-dan Mia.az-a verilən məlumata görə, rektor Elmar Qasımovun əmrinə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.

O, noyabrın 14-dən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə "525-ci qəzet”də başlayıb. Daha sonra, uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub. 2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə "Fəxri Fərman”larla təltif olunub. "İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.



SON XƏBƏRLƏR