Bakıda sərnişin avtobusu qəza törədib

17-11-2019 [14:46]
Bakıda sərnişin avtobusu qəza törədib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda, "8-ci kilometr bazarı"nın yaxınlığında qeydə alınıb.

"90-VS-438" dövlət nömrə nişanlı, 49 saylı sərnişin avtobusu arxadan "90-XO-187" dövlət nömrə nişanlı, 105 saylı sərnişin avtobusuna çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtobuslara ziyan dəyib.


SON XƏBƏRLƏR