Vəzifədə olan və istefaya göndərilən Azərbaycanın general-polkovnikləri... - SİYAHI

img

17-11-2019 [14:07]


General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.

Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır. 

General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur. 

Mia.az baku.ws-ə istinadən hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını təqdim edir:

1. Zakir Həsənov - Müdafiə naziri

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

3. Vilayət Eyvazov - Daxili işlər naziri

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi

7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi

8. Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri

9. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri

10. Mədət Quliyev - Müdafiə sənayesi naziri

11. Ramil Usubov - Prezident yanında Təhlukəsizlik Şurasının katibi

12. Səfər Əbiyev - Eks-müdafiə naziri

13. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

14. Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri.

15. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)

16. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

17. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri.

Digər xəbərlər
SON XƏBƏRLƏR