Vilayət Eyvazov "İnterpol"un yeni rəisini kollektivə təqdim etdi, tapşırıqlar verdi

16-11-2019 [15:24]
Bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək qurumun yeni rəisi polis polkovniki Əlaslan Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Mia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, V.Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.


SON XƏBƏRLƏR