Axtarışda olan 31 nəfər tutuldu - DİN-dən açıqlama

img

16-11-2019 [11:47]


Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 12 cinayətin üstü "isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub: "Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında isə 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər xəsarət alıb".

Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib: "Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR