Vilayət Eyvazov polis rəisinə yüksək vəzifə verdi - DİN-də daha bir dəyişiklik

16-11-2019 [11:13]
Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub. 

O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib/Oxu.az. 

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.


SON XƏBƏRLƏR