Məşhur müğənni ölkədəki duruma etiraz edib, tədbirdə soyundu: “...təcavüz edib öldürürlər”

15-11-2019 [18:23]
Çilili müğənni Mon Laferte Las Veqasdakı tədbirdə hay-küyə səbəb olub. 

Məlumata görə, mükafatlandırma mərasiminə qatılan müğənni ölkəsində baş verən hadisələrə etiraz edərək soyunub.

Tədbirə qara şalvar və uzun qara jaketlə qatılan M.Laferte bir neçə dəqiqə sonra gözlənilmədən jaketini soyunub. 

Çılpaq halda olan ifaçının bədənində "Çilidə təcavüz edib öldürürlər”, cümləsi yazılıb. 

Qeyd edək ki, Çilidə 1 aydan çoxdur ki, xalq hökumətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə, ölkədəki gender bərabərsizliyinə etiraz edir/Yenisabah.


SON XƏBƏRLƏR