Tərtər rayonunda yeni doğulan körpə doğuş zamanı ölüb

15-11-2019 [12:07]
Tərtər rayonunda yeni doğulan körpə doğuş zamanı ölüb.

Mia.az bildirir ki, hadisə Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü Axundova İlahə Eldar qızı gecə saatlarında xəstəxananın doğum şöbəsinə müraciət edib. Doğuş zamanı körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR