Ərdoğan təyyarədə sualları cavablandırdı: "Trampa dedim ki..."

img

14-11-2019 [21:41]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondan qayıdarkən amerikalı həmkarı Donald Trampla görüşü haqda təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xəbər verir ki, o, ABŞ-ın S-400 zenit-raket komplekslərindən imtina etmək barədə tələbini Türkiyənin suveren hüquqlarının pozulması hesab edib: "S-400 zenit-raket komplekslərindən tam imtina edərək, ABŞ-ın "Patriot” sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz "Patriot” sistemini ala biləcəyimizi və onları alarkən S-400 komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur".

Ərdoğan ümumilikdə ABŞ-a səfərinin müsbət keçdiyini və mövcud fikir ayrılıqlarının yoluna qoyulması üçün dialoqun vacibliyini vurğulayıb: "Biz F-35 qırıcı təyyarələrinin çatdırılması üzrə müsbət nəticəyə nail olmaq istəyirik. Lakin mən bu dəfə Donald Trampın bu mövzuya yanaşmasının daha müsbət və konstruktiv olduğunu gördüm".

Ərdoğan qeyd edib ki, Türkiyə ABŞ-dan ən az 100 ədəd "F-35" təyyarəsi almaq niyyətindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR