Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

14-11-2019 [21:27]
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Mia.az xəbər verir ki, millimiz Lixtenşteyni qəbul edib.

Sumqayıtdakı "Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. 

Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.

Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək. 


SON XƏBƏRLƏR