14-11-2019 [20:29]
Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyada mühacir alverində ittiham olunaraq həbs edilmiş partiya üzvləri ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
O, "Azadlıq” radiosuna müsahibəsində bu barədə danışıb.
Mia.az Müsavat başqanının müsahibəsini oxuculara təqdim edir:
- Arif bəy, son 4-5 ildə Müsavat Partiyasının adı mühacir qalmaqalında hallanır. Daha çox Avropada yaşayan fəallardan, jurnalistlərdən belə ittihamlar səslənməyə başladı ki, partiyanız buradan sığınacaq üçün Avropa ölkələrinə getmək istəyənlərə saxta arayışlar, sənədlər verir. Hətta belə iddialar da vardı ki, İsa Qəmbərlə, sizinlə foto çəkdirməyin qiyməti 1500-2500 avrodur. Yaxud arayışların qiyməti 500-1000 manat arasındadır. Hətta iki il öncə işə prokurorluq orqanları da qarışmalı oldu. Bu ittihamlara partiyadan kəsərli bir cavab gəlmədi. Bir araşdırdınızmı, niyə Müsavat Partiyasından bu arayışlar kütləvi şəkildə verilməyə başladı? Bu barədə nə deyə bilərsiniz?
– Bizdə bu məsələlərlə bağlı konkret olaraq qayda-qanun var. Müsavat Partiyası nizam-intizamla, sistemli şəkildə idarə olunan bir təşkilatdır. Burada kiməsə, nəyinsə müqabilində hansısa sənədi vermək nəzəri cəhətdən mümkün deyil. Bu məsələlər partiyada rəsmiləşdirilir, sənədləşdirilir. Verilən bütün sənədlərin nömrəsi, möhürü var…
Bu sahə indistriyaya çevrilib. Bu yaxınlarda "Real” televiziyasında bu barədə bir reportaj verildi, orada DİN-in, prokurorluğun, məhkəmələrin, Bakı Şəhər Baş Polis İdarəsi ilə yanaşı, Müsavat Partiyasının və Xalq Cəbhəsinin də möhürlərinin olduğu üzə çıxarıldı. Niyə bu məsələdə daha çox Müsavat və Xalq Cəbhəsi partiyalarının adları hallanır? Çünki Avropaya üz tutan mühacirlər arasında hər iki partiyanın arayışı olan üzvlərinə etimadla yanaşılır. Ölkədə qeydiyyatdan keçmiş 52 partiya var, onların hazırlayıb möhürlədiyi saxta sənədi təqdim edəndə Avropa strukturları nəzərə almır. Bizə qarşı ünvanlanan ittihamlarla bağlı məhkəmə iddiaları qaldırmışıq, hətta iki iddia üzrə Azərbaycan məhkəmələrində qalib gəlmişik.
- Mehdi Xəlilbəyli kimdir, bu adamı tanıyırsınızmı?
– O, Müsavat Partiyasının üzvüdür.
- Amma onu Vasif Talıbovun, "Sirab” şirkətinin ortağı kimi təqdim edirlər…
– Bu sualı onun özünə ünvanlayın. O, Avropada yaşayır, mənim onunla əlaqəm yoxdur.
- Necə ol bilər, siz partiya üzü haqqında bilmirsiniz…
– Bu sualı ona ünvanlayın, hər bir müsavatçıya aid olan sualı mənə ünvanlanmağı doğru saymıram.
- O, partiyanın Avropada yaratdığı AKM-in rəhbəridir.
– O adam Azərbaycan hakimiyyəti tərəfindən axtarışdadır. Bir dəfə Yunanıstanda həbs olunmuşdu, Azərbaycana gəlib-gedə bilmir. O, necə "Sirab” şirkətinə şərik ola bilər? Bu, təxminən "Arif Hacılı ilə şəkil çəkdirmək 1500 avrodur” ittihamı kimi bir sözdür. Dediklərim mənim mülahizəmdir, bu sualı mənə nahaq yerə verirsiniz.
Xatırladaq ki, Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.
Meydan TV-nin Almaniyada yaşayan jurnalisti Həbib Müntəzir sözügedən məsələ ilə bağlı saxlanılan azərbaycanlı mühacirlərin siyahısını dərc edib. O, bu haqda aşağıdakıları yazıb:
"Məndə olan siyahı budur:
1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
2) İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
4) Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu
5) Əlövsət Əliyev – "Legat” İnteqrasiya Mərkəzinin sədri
6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü
7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb