Gürcüstanda 7 deputat parlament çoxluğunu tərk edib

14-11-2019 [14:45]
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının 7 deputatı parlament çoxlğunu tərk edib.

Onlar bu addımları ilə qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasına etirazlarını bildiriblər.

Çoxluğu tərk edən deputatlar Tamara Çuqoşvili, İrina Pruidze, Giorgi Mosidze, Dmitri Tskitişvili, Sofo Katsarava və Zaza Xutsişvilidir.

Qeyd edək ki, T.Çuqoşvili parlamentin vitse-spikeri, S.Katsarava isə Xarici əlaqələr komitəsinin sədridir/Report. 


SON XƏBƏRLƏR