ABŞ hərbçiləri Suriyanın neft yataqları ərazisinə yeridilib

13-11-2019 [21:15]
ABŞ-a məxsus hərbi avtomobil karvanı İraq tərəfindən Suriya sərhədini keçərək bu ölkənin şimal-şərqində yerləşən bir neçə neft yataqları yaxınlığında mövqe tutub.

"Report” "Al İkhbariya” dövlət telekanalına istinadən xəbər verir ki, Əl-Valid sərhəd keçid məntəqəsindən keçən ABŞ hərbçiləri Əl-Qəhtəniyəh məntəqəsindəki Əl-Cibsah neft sahələri yaxınlığına yerləşib.

22 hərbi avtomobil və 2 yük maşınından ibarət karvan havadan da mühafizə olunur.


SON XƏBƏRLƏR