“Dinlə mənim nəğməmi” – Autizmli uşaqlar haqqında sosial çarx hazırlandı

13-11-2019 [20:08]
Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ""Dinlə mənim nəğməmi” adlı autizmli uşaqlar haqqında sosial çarxın Tv nümayişi” layihəsini uğurla icra edib.

Mia.az xəbər verir ki, layihə autizm sindiromundan əziyyət çəkən uşaqların anaları ilə birgə oxuduqları duetlərin televizyada yayımı vasitəsi ilə marifləndirmədən,belə ailələrə psixoloji dəstək vermək məqsədini daşıyıb.Layihə çərçivəsində valideyinlərə psixoloji seminarlar təşkil olunub,ayrı-ayrı valideyinlərin ümidverici müsahibələri cəmiyyətə,autizm sindiromlu övlada sahib analara psixoloji stimul veribdir.Bütövlükdə layihə autizm sindiromunun ailələr üçün psixoloji yükünü azaltmaq missiyası daşıyıbdır.

Layihənin icrasından bəhz edən "Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyinin sədri Şəfəq Qədirli layihənin icrası zamanı autizmli uşaqların analarının reabilitasialar nəticəsində aldıqları uğurlu nəticədən danışmaları bu sindiromla mübarizənin mümkünlüyünün real olduğunu və bunun televizya vasitəsi ilə işıqlandırılmasının önəmini vurğuladı.

Bu tip layihələrin aktuallığını nəzərə alan Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının diqqətini qeyd edən sədr növbəti müsabiqələrdə də autizm sindromlu layihələrlə çıxış edəcəklərini bildirib.


SON XƏBƏRLƏR